[b]“Mançester Yunayted”dən rekord[/b]
28.04.2017 - 09:13
[b]“Mançester Yunayted”dən rekord[/b]

İngiltərənin “Mançester Yunayted” klubu tarixinin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, mançesterlilər məğlubiyyətsiz oyunlar seriyasını 24-ə çatdırıb.

 

“Mançester Siti” ilə derbidəki qolsuz heç-heçə “Mançester Yunayted” üçün Premyer Liqada xal qazandığı ardıcıl 24-cü qarşılaşma olub. Bu da klub tarixində ən yüksək göstəricinin təkrarıdı.

 

Rekordçular sonuncu dəfə 2016-cı ilin oktyabrında “Çelsi”yə uduzub. Həmin yenilgidən sonra “qırmızı şeytanlar” 11 qələbə qazanıb, 13 heç-heçə edib.

 

0