[b]Premyer Liqada tarazlıq pozulur: Paytaxt bərabərliyi itirir[/b]
28.04.2017 - 10:18
[b]Premyer Liqada tarazlıq pozulur: Paytaxt bərabərliyi itirir[/b]

Azərbaycan Premyer Liqasında paytaxt-bölgə tarazlığı pozulacaq. Apasport.az saytının məlumatına görə, başa çatmaqda olan 2016/17 mövsümündə Bakının da, paytaxtdan kənarın da 4 komandası elitada mübarizə aparırdısa, yeni çempionatda bu bərabərliyə son qoyulacaq.

 

Ən azı idman prinsiplərinə əsasən belə demək olar. Hərçənd, lisenziyalaşdırma tələbləri bunun qarşısında əngəl ola bilər. Amma hazırkı durumda paytaxt bölgədən geri düşəcək.

 

Çünki Premyer Liqanı paytaxt klubu AZAL tərk edir. 1 komandanın əvəzinə elitaya yüksələn 3 aşağı dəstə təmsilçisi arasında isə yalnız bir Bakı klubu var. Bu da “Səbail”di. “Turan Tovuz”la “Ağsu” isə əyalət təmsilçiləridi.

 

Klubların Premyer Liqa tələblərinə uyğun gələcəyini ehtimal etsək, yeni mövsümdə Bakının cəmi 4 komandası olacaq. Bunlar “Neftçi”, “İnter”, “Zirə” və “Səbail”di. Bölgə isə daha çox – 6 klubla təmsil olunacaq. “Qarabağ”, “Qəbələ”, “Kəpəz”, “Sumqayıt”a yeni iki komanda “Turan Tovuz”la “Ağsu” qoşulacaq.

 

Qeyd edək ki, I divizionda yarış dünən başa çatıb. “Turan Tovuz” 1-ci, “Səbail” 2-ci, “Ağsu” 3-cü olub.

0