[b]Klub prezidenti məhkəməyə çağırıldı[/b]
28.04.2017 - 11:48
[b]Klub prezidenti məhkəməyə çağırıldı[/b]

“Barselona” klubu məhkəmələrdən canını qurtara bilmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, kataloniyalıların prezidenti Maria Bartomeu da hakim önünə çıxacaq.

 

Buna səbəb Neymarın transferi zamanı klubun qanunsuzluğa yol vermə iddiası göstərilir. Həmin vaxt klubun vitse-prezidenti vəzifəsini icra edən Bartomeunun məhkəmə önündə müdafiəsi tələb olunub. Çünki bu keçiddə onun da böyük rol oynadığı vurğulanıb. Bu üzdən hakim klub prezidentinin müdafiəsinin işin gedişatına təsir edəcəyini düşünür.

 

Qeyd edək ki, 2013-cü ildə Neymarın “Santos”dan transferi zamanı klubun menecerlik şirkəti məlumatlandırılmadığını əsas gətirərək, “Barselona”nı məhkəməyə vermişdi.

0