[b]Qriqorçuk finalı düşünür[/b]
28.04.2017 - 11:55
[b]Qriqorçuk finalı düşünür[/b]

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” matçın hazırlığına dünən start verib. Apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” bu görüşə ehtiyat qüvvə ilə çıxacaqlar.

 

Belə ki, ölkə kubokunun finalını düşünən baş məşqçi Roman Qriqorçuk “Sumqayıt”la görüşdə əsas heyətin əksər üzvlərinə istirahət verəcək. Matçın hazırlığına əvəzedici komandadan da bir neçə oyunçu dəvət edilib.

 

“Qəbələ”nin heyətində bir zədəli futbolçu var. Söhbət uzun müddətdi komandasına kömək edə bilməyən Vitali Vernidubdan gedir. Digər oyunçular isə məşqlərdə iştirak edə bilirlər.

 

Qeyd edək ki, aprelin 29-da keçiriləcək “Sumqayıt” – “Qəbələ” matçı saat 16:00-da start götürəcək. 

0