[b]Azərbaycanlı məşqçilərin düşmədiyi siyahı[/b]
28.04.2017 - 12:58
[b]Azərbaycanlı məşqçilərin düşmədiyi siyahı[/b]

Dünyanın ən güclü məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fransanın “Lequipe” nəşri ən yaxşı 50 mütəxəssisin siyahısını dərc edib.

 

Azərbaycandan və Türkiyədən heç bir məşqçinin yer almadığı siyahının ilk pilləsində “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola qərarlaşıb. Onu “Çelsi” ilə ilk mövsümündə Premyer Liqa çempionluğuna çox yaxın olan Antonio Konte izləyir. “Atletiko”nu Çempionlar Liqasının yarımfinalına daşıyan Dieqo Simeone isə ilk “3-lüy”ü qapayır.

 

“50-lik”də ən çox italyanlar təmsil olunurlar. Belə ki, bu ölkənin 9 mütəxəssisi siyahıya düşüb. Məşqçilərdən 38-nin klub, 12-nin isə yığma komandadakı fəaliyyəti yüksək qiymətləndirilib.

 

Maraqlı məqamlardan biri də budu ki, ən çox 40-49 yaş arası çalışdırıcıların çoxluq təşkil etməsidi. Belə ki, bu yaş qrupundan 18 nəfər siyahıya düşübsə, 50-59 yaş arası 16 mütəxəssis özünə yer edə bilib.

 

Ən yaxşı “5-lik”:

1. Pep Qvardiola (“Mançester Siti”)

2. Antonio Konte (“Çelsi”)

3. Dieqo Simeone (“Atletiko”)

4. Karlo Ançelotti (“Bavariya”)

5. Joze Mourinyo (“Mançester Yunayted”)

0