[b]“Bavariya”da yeni müqavilə - FOTO[/b]
28.04.2017 - 13:34
[b]“Bavariya”da yeni müqavilə  - FOTO[/b]

“Bavariya”nın aparıcı oyunçularından olan Tyaqo Alkantaranın taleyinə aydınlıq gəlib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, İspaniya yığmasının üzvü Münhen klubunda qalmağı üstün tutub.

 

Belə ki, tərəflər arasında yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, Alkantara 2021-ci ilin yayına qədər “Bavariya”nın formasını geyinəcək.

 

Yeni sözləşmənin maliyyə detalları açıqlanmayıb.

 

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Tyaqo Alkantara 2013-cü ildən “Bavariya”da çıxış edir.

0