[b]Müşahidə Şurasının 5 məşqçisi: Kimdi uğurlu?[/b]
28.04.2017 - 14:24
[b]Müşahidə Şurasının 5 məşqçisi: Kimdi uğurlu?[/b]

Bu il 80 illik yubileyini qeyd edən, lakin adına yaraşmayan nəticələr göstərən “Neftçi” mövsümün ən çox müzakirə olunan mövzusuna çevrilib. Bu uğursuzluqda baş məşqçi Elxan Abdullayev də rolu önə çəkilir. Apasport.az saytı paytaxt təmsilçisinin son dövrlərdəki baş məşqçilərinin nəticələrinin müqayisəsi ilə məsələyə aydınlıq gətirib.

 

Müşahidə Şurasının fəaliyyətə başladığı 2 ildən azca artıq olan müddət ərzində “ağ-qaralar” baş məşqçiləri əlcək kimi dəyişib. Təxminən 25 ayda 5 çalışdırıcı komandada işləyib ki, orta hesabla hərəsinə cəmi 5 ay düşür.

 

Bu məşqçilərin nəticələrinə baxsaq, ən uzun müddət postunda duruş gətirən elə Elxan Abdullayev olub. O, komandasını 28 matça çıxarıb. “Qarabağ”la son turun görüşü onun üçün 29-cu olacaq.

 

Onun qədər etimad göstərilməyən mütəxəssislər daha yaxşı nəticələr göstərib. Təbii ki, nisbətdə. Müşahidə Şurasının dövründə ən uğurlu baş məşqçi Əsgər Abdullayev olub. Təcrübəli mütəxəssis mümkün olan xalların 50 faizini qazanıb. Əslində, bu nəticə də “ağ-qaralar”a yaraşmır. Amma həmsoyadı ilə müqayisədə az qala fantastika sayılır. Çünki cəmi 39 faizlik nəticə göstərən indiki məşqçinin ona çatmasına hələ çox var. Hətta Vəli Qasımovun vaxtında da komanda daha yaxşı nəticələr göstərib. Elxan Abdullayev yalnız iki həmkarını Arif Əsədovla Samir Əliyevi az fərqlə qabaqlayır. Bu da başadüşüləndi. Sonuncular da Əsgər Abdullayev kimi çox şans qazanmayıb.

 

“Neftçi”nin Müşahidə Şurasının vaxtında baş məşqçiləri

Baş məşqçi

O

Q

H

M

T/F

X

Xal faizi

Əsgər Abdullayev

14

6

3

5

20-14

21

50,00%

Vəli Qasımov

24

8

6

10

27-33

30

41,67%

Elxan Abdullayev

28

10

3

15

27-32

33

39,29%

Arif Əsədov

12

3

4

5

15-20

13

36,11%

Samir Əliyev

14

3

6

5

16-18

15

35,71%

 

 

 

0