SİZİN REKLAM BURADA

Zaur Svanadze “İnter”də qalır: Hər şey yaxşı olacaq

“Zaur Axundovla görüşdük. Komanda ilə tanış oldu, vəziyyətimizlə maraqlandı”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.

 

Paytaxt təmsilçisinin Müşahidə şurasının sədri təyin edilmiş Zaur Axundov bu gün “İnter”in üzvləri ilə görüşüb. Baş məşqçi Svanadze də Axundovla söhbətləşmək imkanı əldə edib. Görüşdə bəzi məsələlərə aydınlıq gəlib.

 

Svanadzenin sözlərinə görə, Axundov komandanın gələcəyi ilə bağlı ümid verib: “Müxtəlif məsələlər barədə danışdıq. Görüşdən xoş təəssüratla ayrıldım. Dedi ki, hər şey yaxşı olacaq, narahatlığa əsas yoxdu. Kluba tətbiq olunan transfer qadağasından xəbərdardı. Yəni, bu yay heyətimizə yeni futbolçu qatmayacağımızı bilir. Ümumiyyətlə, “İnter”də baş verən bütün məsələlərdən agahdı”.

 

Görüşdən sonra “İnter”də qalacağı dəqiqləşən gürcüstanlı mütəxəssis əksər futbolçuların da eyni addım atacağını qeyd edib: “Artıq əminliklə deyə bilərəm ki, növbəti mövsümdə də “İnter”i çalışdıracağam. Hazırkı müqaviləmin müddəti iyulda başa çatacaq. Rəhbərlik fəaliyyətimi davam etdirməyimi istəyir. Amma yeni sözləşmənin imzalanması barədə hələ danışmadıq. Onsuz da, hazırda müqaviləm davam edir. Vaxtı çatanda yeni anlaşmaya qol çəkəcəyəm. Mənə bildirildi ki, digər klublarla anlaşan futbolçulardan savayı, hamısı komandada qalacaq. Bu, çox vacib məsələdi. Futbolçularımızı saxlaya bilməsək, gücümüz azalacaq”.

 

Svanadze adaşı ilə görüşdə büdcə məsələsinin müzakirə olunmadığını bildirib. O, komandanın yay hazırlıq müddətini Antalyada keçib-keçməyəcəyinin də hələ müəyyənləşmədiyini vurğulayıb: “Büdcə ilə bağlı danışığımız olmadı. Buna baxmayaraq, hər şeyin yaxşı olacağı bildirildi. O ki qaldı Antalya məsələsinə, ilk növbədə, hazırlıq planı hazırlamalıyam. Axundov həmin planı növbəti həftə ona təqdim etməyimi istədi. Bazar ertəsi yenidən görüşəcəyik və hazırlıq planını Zaur müəllimə göstərəcəm. Toplanışa Bakıda başlayacağımız dəqiqdi. Sonra necə edəcəyimizi isə növbəti görüşdə biləcəyəm. Axundov razılıq versə, hazırlığın ikinci mərhələsini Antalyada keçirəcəyik. “İnter”in növbəti mövsümdə də iddiasını qoruyacağına inanıram”.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220