[b]Mariya Şarapovadan uğurlu qayıdış - FOTO[/b]
28.04.2017 - 18:22
[b]Mariya Şarapovadan uğurlu qayıdış - FOTO[/b]

Rusiya tennis ulduzu Mariya Şarapova korta qayıdışını ardıcıl 3-cü qələbə ilə qeyd edib. Apasport.az saytının məlumatına görə, o, Ştutqartda keçirilən WTA seriyalı turnirdə yarımfinala yüksəlib.

 

15 aydan sonra karyerasını bərpa edən Şarapova 1/4 finalda estoniyalı Anett Kontavetiyə qalib gəlib – 6:3, 6:4.

 

O, finala gedən yolda Kristina Mladenoviç (Fransa) – Karla Suares-Navarro (İspaniya) cütünün qalibi ilə görüşəcək.

 

Qeyd edək ki, Şarapova bunadək italiyalı Roberta Vinçini 7:5, 6:3 və həmyerlisi Yekaterina Makarovanı 7:5, 6:1 hesabı ilə məğlub edib.

0