SİZİN REKLAM BURADA

“Azarkeşləri sevindirmək zamanımız çatıb” - yığma oyunçusu

“İsraildəki təlim-məşq toplanışı uğurlu alındı. Keçirdiyimiz bütün oyunlarda qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Vüqar Bayramov deyib.

 

Təcrübəli oyunçu yığmamızın İslamiadaya hazırlığından danışıb. O bildirib ki, İsraildə məşqlər yüksək səviyyədə keçib və Sloveniyada proqrama uyğun davam edir: “Düzdü, gərgin oyunlarımız olmadı. Amma qazanılan qələbələr komandanın əhvalını yüksəldir. İsraildəki təlim-məşq toplanışı millimizin hazırlığı üçün ilkin mərhələ idi. Sloveniyada isə bunu davam etdiririk. Burda bizi daha ciddi rəqiblər gözləyir. İnanıram ki, Sloveniyada keçirəcəyimiz oyunlar bizim İslam Həmrəyliyi Oyunlarına hazırlığımız üçün yaxşı imkandı. Məqsədimiz İslamiadada yaxşı çıxış etmək, medal qazanmaqdı. Düşünürəm ki, azarkeşləri sevindirmək zamanımız çatıb”.

 

Qeyd edək ki, yığmamız İsraildə keçirdiyi 3 görüşü qələbə ilə başa vurub. Komandamız Sloveniyada isə ən azı 5 matç keçirməyi planlaşdırır. 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 8 6 1 1 14-4 19

2.

Qəbələ

9 6 1 2 12-8 19

3.

Zirə 9 5 3 1 16-7 18

4.

Sumqayıt

9 4 1 4 10-12

13

5.

Neftçi

9

3 1 5 10-9 10

6

Səbail 8 3 0 5 5-12 9

7.

İnter

9

2 2 5 7-12 8

8.

Kəpəz

9 1 1 7 5-15 4
               

 

Top 10