Barselonadan Madridə
28.04.2017 - 20:06
Barselonadan Madridə

“Atletiko” “Barselona”nın müdafiəçisi Xordi Albanın xidmətində maraqlıdı. Apasport.az saytının məlumatına görə, bu barədə məlumatı İspaniya mətbuatı yayıb.

 

Xəbərdə klubların 28 yaşlı müdafiəçinin keçidiylə bağlı danışıqlar apardığı və şifahi razılığa gəldikləri qeyd edilib.

 

“Hindular” mövsümün əvvəlində də Albanın transferi üçün “Barsa”ya müraciət etsə də, ortaq razılığa gələ bilməmişdilər. Madrid təmsilçisi Albaya yaşa dolan Filipe Luisin əvəzedicisi kimi baxır.

 

Qeyd edək ki, 2012-ci ildən “Barselona”nın şərəfini qoruyan Alba, cari mövsümdə 22 oyunda şans qazanıb.

0