“Tottenhem” “ev”ini dəyişdi
28.04.2017 - 23:03
“Tottenhem” “ev”ini dəyişdi

Premyer Liqa klublarından “Tottenhem” növbəti mövsümdən etibarən ev oyunlarını “Uembli” stadionunda keçirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə klubun prezidenti Daniel Levi açıqlama verib.

 

“Artıq yeni “ev”imiz “Uembli” olacaq. Ancaq tez bir zamanda öz stadionumuza qayıtmaq istəyirik. Yeni inşa edəcəyimiz stadion klub olaraq böyüməmizə, daha tez inkişaf etməyimizə kömək olacaq”.

 

Qeyd edək ki, London təmsilçisi 1899-cu ildən bəri rəqiblərini 36 min azarkeş tutumuna malik olan "Vayt Hart Leyn" stadionunda qəbul edirdi.

0