[b]Daha bir ölkədə çempion bəlli oldu[/b]
29.04.2017 - 01:27
[b]Daha bir ölkədə çempion bəlli oldu[/b]

İsveçrə Super Liqasında 2016/17-ci il mövsümünün çempionu bəlli olub. Apasport.az saytının məlumatına görə, çempionatın 30-cu turunda səfərdə “Lutsern”i 2:1 hesabıyla məğlub edən “Bazel” bitimə 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

Belə ki, “göy-qırmızılar” bu qələbəylə 2-ci pillədə qərarlaşmış, bir oyun az keçirmiş “Yanq Boyz”u 24 xal qabaqlayaraq, ən yaxın izləyicisi üçün əlçatmaz olub.

 

Qeyd edək ki, bu, “Bazel”in ardıcıl 7-ci olmaqla, ümumilikdə, 20-ci çempionluğudu.

0