[b]Premyer Liqa başa çatdı - YENİLƏNİB[/b]
29.04.2017 - 18:55
[b]Premyer Liqa başa çatdı - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub. Apasport.az saytının məlumatına görə, XXVIII turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

 

Bütün mükafatçılar əvvəlcədən bəlli olduğu üçün sonuncu tur yalnız avrokuboklara vəsiqə verən 4-cü yer baxımından əhəmiyyət kəsb edirdi.

 

Turnir cədvəlindəki sıralama baxımından qitəmiqyaslı turnirlərdə debüt etməyə iddialı olan “Zirə” bu mübarizədən qalib ayrılıb.

 

Qəsəbə təmsilçisi AZAL-ı məğlub edib - 3:0.

 

Vəsiqəyə iddiası qalan digər komanda “Kəpəz” isə "İnter"ə qalib gəlsə də, bu, yetərli olmayıb. Paytaxt təmsilçisi üçün əhəmiyyət kəsb etməyən qarşılaşma Rauf Əliyev üçün önəm kəsb edirdi. Bombardirlər yarışında liderliyə şərik olan “İnter”li hücumçu fərdi mükafat qazanmaq üçün Gəncədə də məhsuldarlıq nümayiş etdirməli olsa da, bunu bacarmayıb.

 

"Gümüş"ün sahibi "Qəbələ" isə gənc oyunçularla yollandığı Sumqayıtdan məğlub dönüb - 1:2.

 

Mövsümə daha bir formal matçla yekunlaşıb. Digər oyunlardan gec başlayan Azərbaycan derbisində “Neftçi” “Qarabağ”ı qəbul edib. Yeganə prinsipiallığı tarixi kökləri olan qarşılaşma çempionun qələbəsi ilə yekunlaşıb - 2:1.

 

Azərbaycan Premyer Liqası

XXVIII tur

29 aprel (şənbə)

 

“Neftçi” – “Qarabağ” - 1:2

Qollar: Herrera, 89 - Dino, 48, Ruslan Abışov, 61 (öz qapısına)

 

İlk 3 dövrədəki oyunlar: 0:3, 0:2, 1:1

Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

8-ci km qəsəbə stadionu

“Neftçi”: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 8. Zdenek Folprext, 11. İqnasio Errera, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 9. Uqo Barqas, 13. Murad Ağayev, 26. Kamal Qurbanov, 80. Edson Kastilya, 95. Elvin Bədəlov 
Baş məşqçi: Elxan Abdullayev

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k),
20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

 

“Kəpəz” – “İnter” - 1:0

Qol: Dario Federiko, 49

İlk 3 dövrədəki oyunlar: 2:2, 0:0, 1:4

Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 7. Vüqar Bəybalayev, 19. Orxan Əliyev, 77. Serjinyo, 10. Dario Federiko, 90. Julien Ebah
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 68. Əli Nuri, 15. Azad Kərimov, 17. Nicat Qurbanov, 9. Tural Qürbətov, 23. Tural Nərimanov, 80. Tural Rzayev 
Baş məşqçi: Şahin Diniyev

 

“İnter”: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 3. Denis Silva, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 10. Elnur Abdullayev, 88. Məmməd Quliyev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 6. Samir Zərgərov, 11. Rauf Əliyev (k)
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 8. Nizami Hacıyev, 99. Ricat Qarayev, 98. Qara Qarayev, 66. Murad Qayalı, 20. Aqşin Quluzadə
Baş məşqçi: Zaur Svanadze

 

 

“Sumqayıt” – “Qəbələ” - 2:1

Qollar: Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29 - Asif Məmmədov, 40

İlk 3 dövrədəki oyunlar: 0:2, 2:2, 1:1

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. Şəhər stadionu

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 20. Fərhad Qıstarov, 22. Mirabdulla Abbasov, 77. Ehtiram Şahverdiyev, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 13. Bəhlul Mustafazadə, 21. Nasir Abilayev, 25. Ayaz Mehdiyev, 39. Tural Bayramlı, 70. Fərid Kərimzadə, 74. Yusif Nəbiyev
Baş məşqçi: Samir Abasov

 

“Qəbələ”: 33. David Petrzkeviç, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov (k), 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 26. Ülvi İbazadə, 44. Rafael Santos 
Ehtiyat oyunçular: 35. Murad Popov, 13. Murad Musayev, 29. Hacıağa Hacıyev, 16. Ülvi İsgəndərov, 70. Fərid Nəbiyev, 90. Ramil Hasanov, 98. Rövlan Muradov 
Baş məşqçi: Roman Qriqorçuk

 

 

AZAL – “Zirə” - 0:3

Qollar: Elvin Məmmədov, 34; Milan Duriç, 54; Təmkin Xəlilzadə, 83 (p.)

İlk 3 dövrədəki oyunlar: 1:3, 1:1, 1:2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“AZAL Arena”

AZAL: 1. Tərlan Qasımzadə, 2. Elşad Manafov, 5. Kamil Hüseynov, 17. Eltun Hüseynov, 51. Fuad Bayramov, 55. Qeyrət Əliyev, 19. Elnur Süleymanov, 21. Samir Məsimov, 33. Seyidrəzi Ağayev, 36. Renat Aşurov, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 56. Əmirəli Quliyev, 8.Sadio Tounkara, 52. Təmraz Əmircanov 
Baş məşqçi: Tərlan Əhmədov

 

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 39. Sadiq Quliyev, 16. Akim Latifu, 28. Təmkin Xəlilzadə, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 10. Elvin Məmmədov (k), 20. Sezar Meza Kolli, 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 38. İlkin Muradov, 7. Ben Sanqar, 92. Cavid Tağıyev, 26. Georgi Qorozia, 44. Migel Lorenso 
Baş məşqçi: Ayxan Abbasov

 

Turnir cədvəli

 

1.

Qarabağ

28

19

5

4

46:14

62

2.

Qəbələ

28

14

10

4

48:21

52

3.

İnter

28

11

10

7

39:33

43

4.

Zirə

28

10

9

9

29:26

39

5.

Kəpəz

28

9

9

10

24:27

36

6.

Sumqayıt

28

9

8

11

28:35

35

7.

Neftçi

28

9

2

17

24:45

29

8.

AZAL

28

1

7

20

13:50

10


Bombardirlər: Rauf Əliyev (“İnter”), Filip Ozobiç (“Qəbələ”) - 11

0