[b]“Beşiktaş” və “Qalatasaray”ın Benatia mübarizəsi[/b]
29.04.2017 - 10:11
[b]“Beşiktaş” və “Qalatasaray”ın Benatia mübarizəsi[/b]

“Yuventus”da icarə əsasında çıxış edən “Bavariya”nın futbolçusu Medhi Benatia Türkiyəyə köçə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, mərakeşli müdafiəçi uğrunda İstanbulun 2 klubu mübarizəyə başlayıb.

 

Belə ki, “Beşiktaş” və “Qalatasaray” Benatianı heyətinə qatmaqda maraqlıdı. Hər iki klubun rəhbərliyi qarşı tərəflə rəsmi danışığa start verib.

 

Karyerası ərzində “Marsel”, “Udineze” və “Roma” klublarının da formasını geyinən 30 yaşlı futbolçu 2008-ci ildən Mərakeş yığmasının da şərəfini qoruyur. Benatia yığmada 42 oyunda 1 qola imza atıb. 

0