[b]Millimiz Sloveniya toplanışına qələbə ilə başladı[/b]
29.04.2017 - 10:22
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri yerli “Maribor” klubu ilə qarşılaşıblar.
Görüş yığmamızın 4:1 (25:15, 28:26, 25:22, 25:18, 14:16) hesablı qələbəsi ilə nəticələnib.
İslamiadaya hazırlaşan voleybolçularımız mayın 6-dək Sloveniyada qalacaqlar.
Qeyd edək ki, bundan əvvəl İsraildə təlim-məşq toplanışında olan millimiz orada keçirdiyi hər 3 sınaq görüşündə də qalib gəlmişdi.
0
0