[b]"Sumqayıt" kapitanla yeni müqavilə imzaladı - FOTO[/b]
29.04.2017 - 11:45
[b]"Sumqayıt" kapitanla yeni müqavilə imzaladı - FOTO[/b]

Mövsümün başa çatmasına 1 tur qalmasına baxmayaraq, "Sumqayıt" klubu 2017/2018 mövsümünün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi ilk olaraq, kapitan Vurğun Hüseynovun müqaviləsinin müddətini uzadıb.

 

29 yaşlı müdafiəçi yeni 1 illik sazişə imza atıb. 4 ildi ki, “Sumqayıt”ın şərəfini qoruyan Vurğun cari mövsümdə 27 oyuna çıxıb və 2430 dəqiqə meydanda olub. Kapitan ümumilikdə isə "Sumqayıt"ın heyətində 111 qarşılaşmada meydana çıxıb.

 

Qeyd edək ki, Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də “Xəzər Lənkəran”la ev matçında (1:1) gerçəkləşib. 

0