[b]FİFA prezidenti ilə bağlı araşdırma aparılır[/b]
29.04.2017 - 13:10
[b]FİFA prezidenti ilə bağlı araşdırma aparılır[/b]

FİFA-nın prezidenti Canni İnfantino ilə bağlı araşdırmaya başlanılıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, araşdırmanı ali futbol qurumunun Etika Komitəsi aparır.

 

Buna səbəb İnfantinonun Zimbabvedən olan futbol funksioneri, milyonçu Filipp Çiyanqva ilə yaxın münasibətinin olmasıdı.

 

FİFA prezidenti Afrika Futbol Konfederasiyasına keçirilən seçkinin nəticəsinə müdaxilə etməkdə şübhəli bilinir.

 

Qeyd edək ki, bu ilin martında baş tutan seçkidə Madaqaskar Futbol Federasiyasının rəhbəri Əhməd Əhməd qalib olmuşdu.

0