[b]Afinada növbəti medallar: Harçeqani "qızıl", Əzizova "bürünc" qazandı[/b]
29.04.2017 - 13:37
[b]Afinada növbəti medallar: Harçeqani "qızıl", Əzizova "bürünc" qazandı[/b]

Yunanıstanın paytaxtı Afinada keçirilən Ümumdünya Taekvondo Federasiyasının prezident kuboku yarışı davam edir. Apasport.az Taekvondo Federasiyasının saytına istinadən xəbər verir ki, turnirin ilk günündə bir bürünc medal qazanan millimizin üzvləri ikinci gün daha uğurlu nəticə əldə ediblər.

 

Böyüklərdən ibarət yığma komandamızın liderlərindən olan, Avropa çempionu, I Avropa Oyunlarının qalibi və “Rio-2016” Yay Olimpiya Ounlarının bürünc mükafatçısı Milad Beiqi Harçeqani (80 kq) yenə də rəqiblərinə şans verməyib. Belə ki, o, qarşılaşdığı Dəmir Burak (Türkiyə), Uladzislau Saulukov (Belarus), Apostolos Telikostoslovu (Yunanıstan) və Con Asp (Norveç) üzərində qələbə qazanaraq, finala vəsiqəni təmin edib. Həlledici döyüşdə isə Türkiyə təmsilçisi Yunis Sarı ilə qarşılaşan idmançımız rəqibə 10-1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

 

Qadın taekvondoçumuz Fəridə Əzizova isə Mollie Şofieldi (Böyük Britaniya), Yuliya Miyutsi (Rusiya) və Dunya Lemayiçə (SLO) qalib gələrək, yarımfinal mərhələsinə adlayıb. Lakin növbəti rəqibi isveçli Elin Yohannson onun üçün keçilməz olub. Əzizova rəqibinə 3-7 hesabı ilə məğlub olaraq, yarışı bürünc medalla başa vurub.


Gənclər arasında mübarizədə Cavad Ağayev fərqlənib. 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan millinin üzvü Loannis Voukakis (Yunanıstan), Peter Qarden (Danimarka), Yeqor Liak (Rusiya) və Zantemir Axmetova (Rusiya) qalib gəlsə də, yarımfinalda məğlubiyyətlə üzləşib. Belə ki, slovakiyalı Filip Sveç gərgin keçən döyüşdən 25-21 hesabı ilə qalib ayrılıb. 


Xatırladaq ki, yarışın ilk günündə qadın taekvondoçumuz Yaprak Eriş (57 kq) bürünc medala layiq görülmüşdü. Bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. 

0