[b]“Kostanı onunla dəyişmərəm” – Antonio Konte[/b]
29.04.2017 - 14:16
[b]“Kostanı onunla dəyişmərəm” – Antonio Konte[/b]

“Çelsi”nin baş məşqçisi Antonio Konte komandanın aparıcı üzvlərindən olan Dieqo Kosta ilə yolların ayrılmasına qarşıdı. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, o, təcrübəli forvardla əməkdaşlığı davam etdirmək niyyətindədi.

 

Belə ki, Premyer Liqanın XXXV turu çərçivəsində “Everton”la keçiriləcək oyundan öncə ingilis jurnalistlər Konteyə maraqlı sual ünvanlayıblar. Onlar italiyalı çalışdırıcıdan Kostanı rəqibin hücumçusu Romelu Lukaku ilə dəyişmək variantına necə baxdığını soruşublar.

 

Kontenin cavabı belə olub: “Xeyr. Əvvəllər də dediyim kimi, mənim üçün futbolçularım dünyanın ən yaxşı oyunçularıdı. Onlardan heç birini kiminləsə dəyişmək fikrim yoxdu”.

 

Qeyd edək ki, Premyer Liqada bombardirlər cədvəlinə 24 qolla Romelu Lukaku başçılıq edir. Dieqo Kostanın isə aktivində 19 qol var. 

0