[b]Verrattinin agenti: “Barselona”nın rəhbərliyi ilə görüşməmişəm[/b]
29.04.2017 - 15:48
[b]Verrattinin agenti: “Barselona”nın rəhbərliyi ilə görüşməmişəm[/b]

“Barselona”nın nümayəndələri ilə görüşməmişəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Marko Verrattinin agenti Donato Di Kampli deyib.

 

İspaniya mətbuatında PSJ-nin italiyalı futbolçusunun mövsümün sonunda “Barselona”ya keçəcəyi haqda xəbərlər yayılıb. Məlumatda Verrattinin agentinin Kataloniya klubunun rəsmiləri ilə görüşmək üçün son bir ayda iki dəfə Barselonaya getdiyi qeyd olunub.

 

Lakin Di Kampli açıqlamasında bunu təkzib edib. O, “Barsa”nın Çempionlar Liqasında “Yuventus”la keçirdiyi görüşü stadiondan izlədiyini təsdiqləsə də, bu klubun nümayəndələri ilə danışıq aparmadığını bildirib: “Barselona”nın rəhbərliyi ilə görüşdüyüm yazılıb. Bu, doğru deyil. Mən sadəcə olaraq, Çempionlar Liqasının matçını izləməyə getmişdim. Turnirin yarımfinalında “Monako” və “Yuventus” arasında keçiriləcək qarşılaşmanı da stadiondan izləyəcəyəm”.

0