[b]“Siz də yorulmusunuz bu barədə eşitməkdən” – Samir Abasov[/b]
29.04.2017 - 18:44
[b]“Siz də yorulmusunuz bu barədə eşitməkdən” – Samir Abasov[/b]

“Son turda oyun barəsində nəsə demək artıqdı. Məncə, siz də yorulmusunuz bu barədə eşitməkdən. Mən hər birinizə, bütün jurnalistlərə, bizə, əsas da mənə dözdüyünüzə görə minnətdaram. Bəlkə də bizdən də çox əziyyət çəkirsiniz. Bir-birimizdən narazılıqlarımız da olub, ancaq fakt budur ki, siz də bizim kimi futbolun bir hissəsisiniz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Azərbaycan Premyer Liqasının son turunda “Qəbələ” ilə qarşılaşan “kimyaçılar” 2:1 hesablı qələbə qazanıb. Oyun başa çatdıqdan sonra fikirlərini bölüşən Abasov qalibiyyətə baxmayaraq sevinmədiklərin deyib: “Qalib gəlmişik, ancaq düzünü deyək ki, “Qəbələ”yə lazımlı oyun olsaydı, bəlkə də fərqli nəticə olardı. Onu da deyim ki, lazımlı oyunlarda da onlara “başağrısı” ola bilmişik. Bugünkü görüşdə isə qələbəyə baxmayaraq kədərliyik, üzüntülüyük, düşünürük ki, biz haralarda ola bilərdik. Ancaq təsəllimiz odur ki, mən də cavanam, bu da mənim üçün təcrübə olar, gələcəkdə karyerama kömək edər. Vaxtında itirdiyimiz yersiz xallar olmasaydı, indi daha yaxşı yerlərdə ola bilərdik”.

0