[b]“Neftçi” rekordçudu: Qapıları səhv salmaqda[/b]
29.04.2017 - 18:53
[b]“Neftçi” rekordçudu: Qapıları səhv salmaqda[/b]

Azərbaycan Premyer Liqasında mövsümün 8-ci avtoqolu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, növbəti uğursuz son turda qapıları səhv salıb.

 

Ruslan Abışov “Neftçi”nin “Qarabağ” ilə ev matçında öz qapısına qol vurub. Bununla, Ağdam təmsilçisi “Qəbələ” ilə birlikdə ən çox avtoqola sevinən komanda olub – 3 dəfə.

 

Maraqlıdı ki, Qurban Qurbanovun komandası hər üç halda “Neftçi”lilərin xətasına sevinib. Ruslan Abışovda bu, ilkdisə, Jairo Rodriges 2 dəfə rəqibi sevindirib.

 

Əlavə edək ki, avtoqola sevinənlər kimi üzülənlərin də sayı 3-dü. “Neftçi” rekord sayda – 5 belə halla üzləşib. Jairo Rodriges 3, Georgi Navalovski və Ruslan Abışov 1 dəfə öz qapısını nişan alıb. Skarlatake “İnter”in 2-ci belə üzüntüsünə səbəb olub. Onadək Denis Silva da qapıları səhv salmışdı. Paytaxtdan kənarı təmsil edən klubların yeganə avtoqoluna isə Renan Silva (“Kəpəz”) imza atıb.

 

0