[b]“Sumqayıt”da növbəti müqavilə - FOTO[/b]
29.04.2017 - 21:21
[b]“Sumqayıt”da növbəti müqavilə - FOTO[/b]

“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, Rail Məlikovla daha bir il anlaşma əldə edilib.

 

Təcrübəli müdafiəçi 2017/18 mövsümündə də komandanın şərəfini qoruyacaq.

 

31 yaşlı futbolçu cari mövsüm Premyer Liqada 24 qarşılaşmada ümumilikdə 2191 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl Vurğun Hüseynovla da yeni müqavilə imzalayıb.

 

0