Karlo Ançelottinin rekordu
30.04.2017 - 00:12
“Bavariya” Bundesliqanın sonuna 3 tur qalmış çempionuluğu təmin edib. Apasport.az saytının məlumatına görə, münhenlilərin baş məşqçisi Karlo Ançelotti bununla da 4 fərqli çempionatda qalibiyyət sevinci yaşayan ilk baş məşqçi olub.
İtaliyalı mütəxəssis daha əvvəl “Milan”la A seriyasında, “Çelsi” ilə Premyer Liqada və PSJ ilə Liqa 1-də qızıl medalları boynundan asıb.
Qeyd edək ki, “Bavariya” ardıcıl 5-ci, umumilikdə isə 27-ci dəfə hamını qabaqlayıb.
0
0