[b]Yığma üzvünün Almaniyadakı növbəti qolu[/b]
30.04.2017 - 14:54
[b]Yığma üzvünün Almaniyadakı növbəti qolu[/b]

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XXV tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt” U-19 komandası da növbəti matçına çıxıb.

 

Frankfurtlular doğma azarkeşlər önündə turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Kayzerslautern” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça əsas heyətdə başlayan Renat sona qədər meydanda olub. O, 85-ci dəqiqədə komandasının sonuncu – 5-ci qoluna imza atıb.

 

Qeyd edək ki, 25 oyundan sonra aktivində 33 xal “Ayntraxt” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 

0