[b]14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla[/b]
30.04.2017 - 15:30
[b]14 oyunluq həsrət başa çatdı – yenə eyni hesabla[/b]

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Qəbələ” “Sumqayıt”a qonaq olub. Apasport.az saytının məlumatına görə, tərəflər arasındakı 20-ci görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bu qələbə həm də “kimyaçılar”ın uzunmüddətli uğursuz seriyasının dayanması ilə əlamətdar olub. Belə ki, “gənclik şəhəri”nin təmsilçiləri “qırmızı qaralar” önündə ilk və sonuncu dəfə 2013-cü ildə, avqustun 19-da 2:1 hesablı qələbəyə sevinmişdi.

 

O vaxtdan bəri baş tutmuş 14 görüşdə 3 xala həsrət qalan “Sumqayıt” son iki oyunda qollu heç-heçə ilə təsəlli tapmışdı.

 

Qeyd edək ki, iki komanda arasındakı əvvəlki 19 oyunun hamısında qol vurmuş “Qəbələ” bu dəfə də ənənəsinə sadiq qalıb. 

0