[b]Dmitri Nazarov qol vurdu, komandası qalib gəldi[/b]
30.04.2017 - 18:17
[b]Dmitri Nazarov qol vurdu, komandası qalib gəldi[/b]

Almaniya II Bundesliqasında XXXI tur başa çatıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” doğma azarkeşlər önündə “Vurzburger Kikkers”lə qarşılaşıb.

 

Görüş “bənövşəyilər”in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan milli üzvü oyunu əvəzolunmadan keçirib. O, 10-cu dəqiqədə penalti zərbəsi ilə komandasının ikinci qolunu vurub.

 

Qeyd edək ki, 31 oyundan sonra aktivində 36 xal olan “Aue” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 

0