[b]Nağıyevin Premyer Liqada növbəti matçı[/b]
30.04.2017 - 19:03
[b]Nağıyevin Premyer Liqada növbəti matçı[/b]

Ukrayna Premyer Liqasında XXVII tur başa çatıb. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın oyunçusu Dmitri Nağıyevin komandası “Dnepr” də növbəti oyununa çıxıb.

 

Dnepropetrovsklilər səfərdə “Volın”la qarşılaşıblar. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Nağıyev oyunu əvəzolunmadan keçirib.

 

Qeyd edək ki, 27 oyundan sonra aktivində 18 xal olan “Dnepr” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Yerli federasiyanın qərarı ilə komandanın 15 xalı silinib. 

0