[b]Ərdoğanın keçmiş komandası peşəkar liqada[/b]
30.04.2017 - 21:22
[b]Ərdoğanın keçmiş komandası peşəkar liqada[/b]

Türkiyə Bölgələrarası Həvəskarlar Liqasının pley-off mərhələsinin ikinci oyununda “Modafenspor”u 2:1 hesabı ilə məğlub edən “Erokspor” 3-cü liqaya yüksəlib. Apasport.az saytının "ajansspor"a istinadən məlumatına görə, həvəskarlar arasındakı çempionatdan peşəkar liqaya yüksələn komandanın azarkeşləri qalibiyyəti Rəcəb Tayyip Ərdoğan şüarları ilə qeyd ediblər.

 

Qeyd edək ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyip Ərdoğan 1982-1984-cü illərdə “Erokspor”un formasını geyinib.

 

 

0