[b]“Porto”ya qarşı 16 dəqiqə[/b]
30.04.2017 - 22:45
[b]“Porto”ya qarşı 16 dəqiqə[/b]

Portuqaliya Sequndasında XXXIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, U-21 millimizin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq B” səfərdə “Portu”nun ikinci komandası ilə qarşılaşıb.

 

Oyun “əjdahalar”ın 3:2 hesablı qələbəsiylə nəticələnib. Matça ehtiyat oyunçular skamyasında başlayan Budaq meydana 74-cü dəqiqədə daxil olub.

 

Qeyd edək ki, 39 turdan sonra hesabında 53 xal olan “Sportinq B” 22 komanda arasında 14-cü pillədə qərarlaşıb.

0