[b]15 ay davam edən seriya 44-də qırıldı[/b]
01.05.2017 - 00:00
[b]15 ay davam edən seriya 44-də qırıldı[/b]

Azərbaycan Premyer Liqasının son turu “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının seriyasının qırılması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”la səfər matçında (1:2) meydana çıxmayan qapıçı ardıcıl 44 görüşdən sonra komandasının oyununda iş başında olmayıb.

 

Sonuncu dəfə 2016-cı il yanvarın 30-da “Kəpəz”lə matçda (0:3) meydanda olmayan ukraynalı dəri əlcək sahibi o vaxtdan bəri ötən mövsümün 17, bu mövsümün isə 27 oyununda əvəzolunmadan oynayıb.

 

Qeyd edək ki, mövsümün yeganə əvəzolunmaz oyunçusu isə Dimadan bir oyun çox keçirən (28 matç) “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyevdir.

0