[b]İslamiada öncəsi yığmamızda ciddi itki: Hücumçumuz zədələndi[/b]
01.05.2017 - 09:07
[b]İslamiada öncəsi yığmamızda ciddi itki: Hücumçumuz zədələndi[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında 5-ci və 7-ci yerlər uğrunda matçlara start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan hər 2 görüşdə Azərbaycan millisinin oyunçuları meydana çıxıblar.

 

Belə ki, hücumçumuz Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” 5-ci yer uğrunda qarşılaşmada “Bursa BŞB” klubunun qonağı olub. Matç ev sahiblərinin “quru hesablı” qələbəsi ilə yekunlaşıb – 3:0 (25:14, 25:15, 25:16).

 

Məğlubiyyət Kulan üçün ikiqat üzüntü yaşadıb. O, 2 xal topladığı görüşün birinci setində blokdan enərkən sol ayağından ciddi zədələnib. Voleybolçunun topuğunda şiş aşkarlanıb. Kulanın son durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək.

 

Əgər zədənin ciddi olduğu üzə çıxarsa, hücumçumuz ən azı IV İslam Həmrəyliyi Oyunlarını buraxmalı olacaq.

 

7-ci yer uğrunda oyunda isə “Halkbank” Kseniya Poznyakın çıxış etdiyi “Beşiktaş”ı qəbul edib. Görüş təmsilçimizin komandasının 3:0 (25:22, 25:20, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb. Blokçumuz matçda forma geyinməyib.

 

Hər 2 komanda ikinci oyununa sabah çıxacaq.  

0