[b]İslamiada: Yığmamızın oyunlarına bilet qalmadı[/b]
01.05.2017 - 09:48
[b]İslamiada: Yığmamızın oyunlarına bilet qalmadı[/b]

İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 8-də start götürəcək futbol yarışlarına maraq böyükdü. Bu barədə apasport.az saytına yarışın Əməliyyat Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, Bakı-2017-də yığmamızın qrup mərhələsindəki oyunlarının satışa çıxarılan biletləri tükənib. Belə ki, azarkeşlər komandamızın Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşmalarının bütün biletlərini alıblar. Digər görüşlərin, eyni zamanda yarımfinal, bürünc medal uğrunda və final matçlarına isə müəyyən sayda bilet qalıb. Həmin oyunlara biletləri www.baku2017.com vasitəsilə onlayn rejimdə və ya Bakıda yerləşən 12 satış məntəqəsində, o cümlədən “28 Mall”, “Gənclik Mall” və “Park Bulvar” ticarət mərkəzlərində əldə etmək olar.

 

Bilet satışı üzrə direktor Miryam Boqatay azarkeş marağından məmnunluq ifadə edib: “Azərbaycan xalqının IV İslam Həmrəyliyi Oyunlarında doğma idmançılarına azarkeşlik etmək üçün bu cür böyük istək nümayiş etdirdiklərini görmək çox xoşdu. Biletlərin satışında diqqət cəlb edən məqamlardan biri idman sessiyaları zamanı uşaqlar üçün ayrılmış biletlərə tələbatın yüksək olmasıdı ki, bu da ailələrin yarışlara böyük maraq göstərməsi deməkdi”.

 

Bundan başqa, İslamiadanın açılış mərasimi üçün D kateqoriyası biletlərinin hamısı satılıb. Mayın 12-də Bakı Olimpiya Stadionunda təşkil ediləcək mərasimə A, B və C kateqoriyalı biletlər məhdud sayda qalıb. Boqatay açılış mərasiminə marağın böyük olmasını normal qarşılayıb: “Təcrübə göstərir ki, açılış və bağlanış mərasimlərinin bilet satışına tələbat həmişə yüksək olub ki, Bakı-2017 də istisna təşkil etmir”.

 

Qeyd edək ki, İslamiadada qrup oyunları “AZAL Arena” və “Bayıl Arena”da keçiriləcək. Millimiz mayın 8-də Kamerun, 11-də Səudiyyə Ərəbistanı, 15-də isə Mərakeşlə qarşılaşacaq.

0