SİZİN REKLAM BURADA

Taekvondo yığmamız Afinadan 8 medalla qayıdır

Yunanıstanın paytaxtı Afinada keçirilən Ümumdünya Taekvondo Federasiyasının prezident kubokuna yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın son 2 günü komandamızın aktivinə daha 1 qızıl, 2 gümüş və 1 bürünc medal əlavə edilib.

 

Belə ki, yeniyetmələr arasında 41 kq çəki dərəcəsində yarışa qatılan Ofeliya Allahverdiyeva rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Böyüklərdən ibarət yığma komandamızın üzvü Qaşım Maqomedovla (54 kq) Radik İsayev (+87 kq) finala vəsiqə qazansalar da, həlledici döyüşdən məğlub ayrılıblar. Sina Bəhrami (68 kq) isə yarışı yarımfinal mərhələsində başa vurub.

 

Beləliklə, millimiz 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi sayca ikinci olan G2 kateqoriyalı yarışı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub.

 

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olurlar.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220