[b]Azərbaycan yığmasında 4 yeni sima – FOTO[/b]
01.05.2017 - 16:13
[b]Azərbaycan yığmasında 4 yeni sima – FOTO[/b]

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının heyəti gücləndirilib. Apasport.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yığmamıza 4 legioner cəlb olunub.

 

Monqolustanlı cüdoçular Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq) və ukraynalı İrina Kindzerska (+78 kq) bundan sonra yığmamızın şərəfini qoruyacaq. Bu gün Azərbaycan Cüdo Federasiyasında yığmanın yeni üzvləri ilə görüş keçirilib.

 

Federasiyanın vitse-prezidenti Sadıq Sadıqov cüdoçulara qarşıdakı İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq yarışlarda uğurlar arzulayıb. Bildirilib ki, milli komandamızın heyətinə yeni cüdoçuların cəlb olunması ölkəmizdə qadın cüdosunun da inkişafına təkan verəcək.

0