[b]İslamiada: Yanq, Vanq, Ninq Azərbaycan yığmasında[/b]
02.05.2017 - 10:16
[b]İslamiada:  Yanq, Vanq, Ninq Azərbaycan yığmasında[/b]

Stolüstü tennis üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 8 idmançı ilə qatılacaq.

 

Kişilərin yarışında ölkəmizin idman şərəfini Vəzir Allahverdiyev, Xinhanq Yu, Xinyu Yanq, Çenxi Vanq, qadınların mübarizəsində isə Məryəm İmanova, Jinq Ninq, Xinqtai Çen və Miao Vanq qoruyacaqlar.

 

Qeyd edək ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində olacaq stolüstü tennis yarışları mayın 17-22-də keçiriləcək. 

0