[b]Voleybol Federasiyası FİVB rəhbərliyi ilə görüşdü[/b]
02.05.2017 - 10:53
[b]Voleybol Federasiyası FİVB rəhbərliyi ilə görüşdü[/b]

Azərbaycan Voleybol Federasiyası (AVF) və Beynəlxalq Voleybol Federasiyası (FİVB) arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, Romada baş tutan yığıncaqda AVF-in I vitse-prezidenti Faiq Qarayev, həmçinin Mixail Frişman və Onat Kurt iştirak ediblər.

 

FİVB prezidenti Ari Qrasa, vitse-prezident Fabio Azevedo, CEV prezidenti Aleksandar Boriçiç, vitse-prezident Özkan Mutlugil AVF-in fəaliyyətindən razılıqlarını bildiriblər. 3 saatadək davam edən görüşdə paytaxtımızda keçiriləcək Avropa çempionatı əsas müzakirə mövzusu olub. Bir sıra yarışlara ev sahibliyi edən ölkəmizin bu turniri də uğurla keçirəcəyinə inam ifadə edilib.

 

Qarayev də dünya voleybolunun rəhbərlərinin ölkəmizdə idmanın bu növünün inkişafına verdiyi qiymət üçün təşəkkür edib. O bildirib ki, federasiya rəhbərliyi Azərbaycan voleybolunu daha da yüksək pillələrdə görmək istəyir və bunun üçün çalışır. 

0