[b]İslamiada: Ağırlıqqaldıranlarımız da müəyyənləşdi[/b]
02.05.2017 - 17:28
[b]İslamiada: Ağırlıqqaldıranlarımız da müəyyənləşdi[/b]

Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında iştirak edəcək ağır atletika üzrə yığma komandamızın heyəti açıqlanıb. Azərbaycan Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışa 8 qadın və 8 kişi idmançımız qatılacaq.

 

Ağır atletika üzrə yarışlar mayın 13-17-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.

 

Heyətdə yer alan atletlər aşağıdakı kimidi:

 

Qadınlar: Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova, Gülçin Əlizadə (hər ikisi 53 kq), Firuzə İbrahimova (58 kq), Elnurə Abbasova (63 kq), Anastasiya İbrahimli, Fidan Hüseynzadə (hər ikisi 69 kq), Xumar Məmmədova (+90 kq).

 

Kişilər: Elmar Alıyev (56 kq), Allahyar Abışov (62 kq), Əfqan Bayramov (77 kq), Ceyhun Tağızadə, Kamran İsmayılov (hər ikisi 85 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq), Azər Məmmədli (+105 kq).

 

0