“Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko futbolçulara xəbərdarlıq edib
10.04.2008 - 12:03
“Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko futbolçulara xəbərdarlıq edib
Bakı. Mehman Süleymanov – APA-Sport. “İnter”lə Azərbaycan kubokunun ilk yarımfinal oyununda arxayınçılığın qurbanı olduq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Anatoli Demyanenko bildirib. Onun sözlərinə görə, komandasının sükanı arxasında qələbə seriyasının qırılmasında arxayınlaşma öz sözünü deyib: “Oyunun 5-ci dəqiqəsində artıq hesabda 2:0 irəlidə idik. Bundan sonra futbolçular sanki boşaldı. Erkən qollar komandamda arxayınlaşma yaratdı. “İnter” isə yaxşı oynadı və nəticədə iki qol buraxdıq”. Kubokda öz meydanında uğurlu sayılmayan 2:2 hesablı nəticəyə görə üzülməyən A.Demyanenko iki həftə sonra keçiriləcək cavab görüşünü xatırladıb: “Qalib cavab matçında müəyyənləşəcək. Mübarizənin iki hissəsi başa çatdı, təkrar qarşılaşmada görüşərik”. Bəzi futbolçuların oyunundan narazı olan “Neftçi”nin ukraynalı çalışdırıcı onlara xəbərdarlıq edib: “Əsas heyətdə yer almaq istəyən bu futbolçuları öz oyunları haqda düşünməlidirlər. Onlar necə çıxış etdiklərinə kənardan qiymət verməlidirlər. Belə oynamağa davam etsələr, əsas heyətdəki yerlərindən məhrum olacaqlar”.
Qeyd edək ki, A.Demyanenkonun qələbə seriyası 9-cu oyunda qırılıb.
0