[b]İslamiada: Taekvondo yığmamızın da heyəti dəqiqləşdi[/b]
03.05.2017 - 17:21
[b]İslamiada: Taekvondo yığmamızın da heyəti dəqiqləşdi[/b]

Taekvondo üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib. Apasport.az xəbər verir ki, federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında 12 idmançı ilə təmsil olunacağımızı açıqlayıb.

 

O federasiyanın saytına bildirib ki, yığma İslamiadada 8 kişi və 4 qadın taekvondoçu ilə təmsil olunacaq.

 

Kişilər yarışında Qaşım Maqomedov (54 kq), Fizam Mehtiyev (58 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (+87 kq) dayanq üzərinə çıxacaq. Qadın taekvondoçuların mübarizəsində isə Patimat Abakarova (49 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) gücünü yoxlayacaq.

 

Qeyd edək ki, taekvondo yarışları may 16-18-də Bakı İdman Zalında təşkil olunacaq.

 

0