Anatoli Demyanenko Əsgər Abdullayevi 6 dəfə məğlubiyyətə uğradıb
10.04.2008 - 12:52
Anatoli Demyanenko Əsgər Abdullayevi 6 dəfə məğlubiyyətə uğradıb
“Olimpik”in 48 yaşlı çalışdırıcısı Ə.Abdullayev aprelin 13-də rəqibi olacaq “Neftçi”nin heyətində SSRİ çempionatlarının güclülər dəstəsində çıxış edib. Kiyevin “Dinamo” komandasında oynamış “Neftçi”nin baş məşqçisi A.Demyanenko isə SSRİ dövründə indiki komandasına qarşı çıxış edib. “Dinamo” və “Neftçi”nin güclülər dəstəsindəki oyunları həm də müdafiəçilərin bir-biri ilə rəqabətinin başlaması olub. Ümumilikdə, baş tutan 10 görüşdə ukraynalının komandası aşkar üstündür. A.Demyanenko 6, Ə.Abdullayev isə cəmi bir qələbəyə sevinib. Daha 3 görüş heç-heçə bitib. Bu oyunlarda “Olimpik”in müdafiəçisi olan baş məşqçisi 22 dəfə komandasının qol buraxmasına məyus olub. “Neftçi”nin indiki məşqçisi isə bakılıların cəmi 5 qoluna üzülüb. A.Demyanenko müdafiəçi olmasına baxmayaraq, özü də indiki rəqibinin olduğu arxa xəttini 3 dəfə yarmağa nail olub. Karyerası ərzində “Neftçi”yə 18 oyunda vurduğu 4 qolun üçünü flaqmanın baş məşqçisi “Olimpik”in çalışdırıcısının gözü qabağında vurub.
Qeyd edək ki, “Olimpik” və “Neftçi”nin məşqçiləri yalnız bir dəfə indi olduğu kimi aprel ayında qarşılaşıb. Həmin görüşdən 24 il sonra ukraynalı həmin zəfəri təkrarlamaq, Ə.Abdullayev isə məğlubiyyətin əvəzini çaxmaq iddiasındadır.

A. Demyanenko və Ə.Abdullayevin futbolçu kimi qarşılaşdığı oyunlar

Tarix

oyun

Hesab

21.09.1980

“Neftçi” – “Dinamo”

0:1

25.03.1981

“Dinamo” – “Neftçi”

5:0

19.07.1981

“Neftçi” – “Dinamo”

1:1*

06.10.1982

“Dinamo” – “Neftçi”

4:0*

05.07.1983

“Dinamo” – “Neftçi”

0:0

01.04.1984

“Dinamo” – “Neftçi”

5:0*

10.11.1985

“Dinamo” – “Neftçi”

2:1

09.11.1986

“Neftçi” – “Dinamo”

0:0

31.10.1987

“Neftçi” – “Dinamo”

3:1

04.07.1988

“Neftçi” – “Dinamo”

0:3



* - A.Demyanenkonun qol vurduğu matçlar.


0