“İnter” Lənkəran səfərindən xalsız qayıtmır
10.04.2008 - 15:25
“İnter” Lənkəran səfərindən xalsız qayıtmır
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Xəzər-Lənkəran” klubu Azərbaycan Premyer Liqası tarixində “İnter”ə qalib gələ bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, indiyədək keçirilən 7 oyunun ikisində bakılılar qalib gəlib, 5-də isə heç-heçə qeydə alınıb. “İnter” Lənkəranda keçirilən bütün oyunlarda 1 xalla kifayətlənib. Aprelin 13-də keçiriləcək 21-ci turun matçında 4-cü dəfə cənubda qarşılaşacaq rəqiblər 3 ildir kimin güclü olduğunu müəyyənləşdirə bilmir. Son 4 görüşdə heç-heçə edən komandalar axırıncı dəfə 2005-ci il sentyabrın 11-də “sülh”lə ayrılmayıb. Həmin matçda məğlub olan lənkəranlıların baş məşqçisi Rasim Kara istefa vermişdi. “Xəzər-Lənkəran”ın türkiyəli çalışdırıcısı ilə 3 dəfə qarşılaşıb ikisində qalib gələn Anatoli Konkov da cənublularla oyundan sonra Premyer Liqada iş başında olmayıb. Lakin ukraynalı 2005/06 mövsümünün ikinci dövrəsində də Lənkərana – Azərbaycanda son səfərinə çıxıb. Bu iki məşqçinin rəqabəti isə xələflərinin heç-heçə sindromu ilə davam edir.

“İnter” – “Xəzər-Lənkəran”: Azərbaycan Premyer Liqasında bütün oyunlar

mövsüm

Bakıda

Lənkəranda

2004/05

1:0

0:0

2005/06

2:0

1:1

2006/07

0:0

0:0

2007/08

2:2

0