[b]“Soyunmazdan öncə utanırdım, amma...” - kapitan[/b]
05.05.2017 - 14:03
[b]“Soyunmazdan öncə utanırdım, amma...” - kapitan[/b]

Həndbol üzrə Argentina yığmasının kapitanı Antonela Mina bu dəfə kameralar önünə çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 29 yaşlı idmançı ESPN jurnalının birinci səhifəsi üçün soyunub.

 

Həndbolun təbliği ilə bağlı hazırlanan kampaniya üçün soyunan Mina buna görə sevindiyini bildirib. O, bu addımı həndbolun daha geniş yayılması üçün atdığını vurğulayıb: “ABŞ-da və dünyada həndbolu təbliğ etmək istəyirik. Bu şəkli çəkdirməyimdə pis bir şey yoxdu. Düzdü, soyunmazdan öncə utanırdım, amma əsas səhifə üçün mənim şəklimin seçilməsi olduqca dəyərlidi. Digər məşhur idmançılar bunu edirsə, mən niyə qəbul etməyim? Bu, ABŞ-da və bütün dünyada həndbola marağı artırmaq və məlumat bolluğu yaratmaq üçün bir fürsətdi”.

 

Qeyd edək ki, son bir il ərzində Serena Uilyams, Ceyms Bleyk, Duayn Uod, Vera Zvonareva, Ester Verger, Daniela Xantuçova və Con İsner kimi idmançıların da fotoları ESPN-in üz qabığını bəzəyib.

0