Georgi Nikolov: “Xəzər-Lənkəran”la oyunda daha çox heç-heçəyə ümid edirəm”
10.04.2008 - 16:32
Georgi Nikolov: “Xəzər-Lənkəran”la oyunda daha çox heç-heçəyə ümid edirəm”
“Həmin oyunda 0:2 hesabı ilə uduzsaq da, hakimlərə heç bir iradım olmadı. Onlar matçı yüksək səviyyədə idarə etdilər. Hakimləri təyin etmək AFFA-nın səlahiyyətində olan məsələdir. Mənim üçün əcnəbi hakimin almaniyalı, yaxud başqa ölkənin təmsilçisinin heç bir fərqi yoxdur. Düzdür, almaniyalı hakimlərlə də bağlı vaxtilə qalmaqallar olub, hətta birini həbs etmişdilər”. “İnter” qarşıdakı turda “Xəzər-Lənkəran”ın qonağı olacaq ki, aprelin 13-də keçiriləcək görüşə təyinat hələ açıqlanmayıb. AFFA rəhbərliyi çempionluq uğrunda vacib sayılan “Olimpik” – “Neftçi” oyununu əcnəbi hakimlərin idarə edəcəyini qərara alıb. G.Nikolov 3-cü yer uğrunda həlledici sayılan Lənkərandakı matçda hakimlik məsələsini qabartmağı lazım bilmir: “Əslində, hakimlik əlavə məqamdır. Əsas futbolçuların meydandakı mübarizəsidir. Məhz Lənkərandakı gözəl arenada, azarkeşlərlə dolu tribunalar qarşısında futbolçuların əsl bacarığı üzə çıxa bilər. Daha boş stadionda yox. “Xəzər-Lənkəran”la qarşıdakı görüşdə ilk növbədə baxımlı oyun gözləyirəm. Necə ki, ilk dövrədə “Şəfa” stadionda 2:2 hesabı ilə nəticələn matçda belə olmuşdu. Futbolçuların “Neftçi” ilə kubok matçında olduğu kimi, xarakter nümayiş etdirməsini istərdim. Lənkərandakı görüşdə daha çox heç-heçəyə ümid edirəm. Belə olan halda, “Xəzər-Lənkəran”la üç xallıq fərqimizi qoruyacağıq ki, bu, bizə vacibdir”.
0