[b]Odina Bayramova İslamiadadan danışdı[/b]
05.05.2017 - 15:47
[b]Odina Bayramova İslamiadadan danışdı[/b]

“Bu il yığmamız üçün çox gərgin və maraqlı bir il olacaq. İslam Həmrəyliyi Oyunlarında sonra bizi dünya çempionatının seçmə oyunları gözləyir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Odina Bayramova deyib.

 

Yığmamızın kapitanı İslam Həmrəyliyi Oyunları üçün komandamızın hazırlıq prosesini dəyərləndirib. Son mövsümü İtaliyanın “Firenze” klubunda oynayan Bayramova bildirib ki, əsas məqsədləri yerli azarkeşlər önündə uğurlu çıxışdı: “Mən komandaya Sloveniyada təlim-məşq toplanışında qoşuldum. Faiq Qarayevin rəhbərliyi ilə çox güclü və gərgin məşq prosesləri keçdik. Artıq məşqlərimiz Bakıda davam edir. İslam Həmrəyliyi Oyunlarında 3 rəqibimiz var. Əlbəttə, hər zaman bütün rəqiblərimizə hörmətlə yanaşmışıq və yenə də hansısa komandaya “zəif” və ya “güclü” seçimi ilə yanaşmırıq. Çalışacağam ki, komandamıza bacardığım qədər köməklik edim. Dünya çempionatının təsnifat oyunlarındakı rəqiblərimizə gəlincə, onlar İslamiadadakı komandalardan tam fərqlənəcəklər. Hər birimiz ölkəmizi bu yarışlarda layiqincə təmsil etməyi hədəfləmişik. İstəyirik ki, bizlərdən qələbələr gözləyən azarkeşləri sevindirək”.

 

Qeyd edək ki, yığmamız İslamiadada Türkiyə, Tacikistan və Qırğızıstanla mübarizə aparacaq. 

 

0