[b]“Qızıl” da, “gümüş” də öz sahibini tapdı - FOTOSESSİYA[/b]
05.05.2017 - 20:41
[b]“Qızıl” da, “gümüş” də öz sahibini tapdı - FOTOSESSİYA[/b]

Bu gün Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan Kubokunun final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Qəbələ” klubları üz-üzə gəliblər.

 

Dolu tribunalar qarşısında reallaşan görüşü “Qarabağ” qalib bitirib – 2:0.

 

Oyundan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov təqdim etdilər.

 

Mükafatlandırma mərasimindən fotoları təqdim edirik.

0