[b]Bolqarıstanda bürünc medal[/b]
06.05.2017 - 12:09
[b]Bolqarıstanda bürünc medal[/b]

Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə növbəti beynəlxalq turnir yekunlaşıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərova, fərdi proqramda isə Zöhrə Ağamirova təmsil edib.

 

Qrup komandamızın gənc və istedadlı qızları bu dəfə də öz çıxışları ilə hakimlərin rəğbətini qazana biliblər. 15 komanda arasında keçən mübarizədə onlar, yalnız Rusiya və Bolqarıstan qrupundan geri qalaraq çoxnövçülükdə fəxri kürsünün 3-cü pilləsinə (31.800 xal) yüksəliblər. Xatırladaq ki, qrup komandamız 19-21 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq Avropa Çempionatında da iştirak edəcəklər.

 

Böyüklər proqramında bu ildən çıxış etməyə başlayan fərdi gimnastımız Zöhrə Ağamirova da hər 4 alətlə çıxışında final mərhələsinə düşə bilib. O, çoxnövçülükdə 6-cı (57,567 xal), lentlə çıxışında isə 4-cü yerdə (13.900 xal) qərarlaşıb. İlk üçlüyü isə Bolqarıstan və İsrail gimnastları bölüşdürüb.

 

Mənbə: agf.az

 

0