SİZİN REKLAM BURADA

Federasiya prezidentinə ittiham: Dopinq nümunələrini dəyişdirib

Avropa Yüngül Atletika Assosiasiyasının (EAA) prezidenti Svern Arne Hansen idmançıların dopinq nümunələrini dəyişdirməkdə ittiham olunur. Apasport.az saytı xəbər verir ki, iddalara görə, o, bu işi 1980-ci ildə Bisslet oyunlarında təşkilat komitəsində işləyərkən edib.

 

Norveçli haqqında bu iddia ilə hündürlüyə tullanmaq üzrə üçqat Olimpiya mükafatçısı Patrik Şeyberq çıxış edib. İsveçli idmançı “Aftonbladet” nəşrinə açıqlamasında qeyd edib ki, Hansen 500-1000 dollar arası məbləğ qarşılığında bu cür saxtakarlığa yol verib.

 

Hansen isə öz növbəsində ittihamları qətiyyətlə inkar və iddiaların isbat olunmasını tələb edib. O, bildirib ki, bütün karyerası boyunca təmiz işləyib və ilk dəfədi ki, belə saxtakarlıqda günahlandırılır.

 

Maraqlıdı ki, Şeyberqin dediklərini 1984 və 1986-cı illərdə Bisslet oyunlarının qalibi olmuş İnqrid Kristiansen də təsdiq edib: “Mən bu deyilənləri təsdiq edə bilərəm. Hətta hələ də təəccüblənirəm ki, Hansen necə EAA prezidenti olub?”

 

Qeyd edək ki, 2015-ci ildən EAA-ya rəhbərlik edən Hansen buna qədər 12 il Norveç Yüngül Atletika Federasiyasının başçısı olub.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10