Saşa Yunisoğlunun komandası Polşa çempionatın lideri ilə qarşılaşacaq
11.04.2008 - 09:50
Saşa Yunisoğlunun komandası Polşa çempionatın lideri ilə qarşılaşacaq
Qrodzisk. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubunun Polşa kubokunda rəqibi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu komanda yarımfinal mərhələsində Polşa çempionatının lideri “Visla” ilə qarşılaşacaq. İlk oyunu aprelin 22-də səfərdə keçirəcək S.Yunisoğlunun komandası cavab matçına bir həftə sonra çıxacaq. Digər yarımfinal görüşündə “Legiya” və “Zaqlebiye” (Lubin) görüşəcək.
0